“Los-Anceles Qalaksi” klubunun futbolçusu Zlatan İbrahimoviç basketbolçu Lebron Ceymsin “Klivlend”dən “Leykers”ə transfer olunmasını şərh edib.
ÇıxışYolu.Com xəbər verir ki, İbrahimoviç fikirlərini “Twitter” hesabında yazıb.
“İndi Los-Ancelesin həm Allahı, həm də kralı var. Zlatan kral Ceymsi salamlayır”, – deyə hücumçu yazıb.
Qeyd edək ki, Lebron Ceyms 154 milyon dollar qarşılığında Los-Anceles klubu ilə dörd illik müqavilə bağlayıb.