İngiltərənin “Mançester Yunayted” futbol klubu Zlatan İbrahimoviçlə yollarını ayırıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb:
“Komandada hər kəs Zlatana onun əməyi üçün təşşəkürlərini bildirir və ona gələcək karyerasında uğurlar arzulayır”.
İbrahimoviç 2016-cı ilin yayında fransanın “PSJ” klubundan “Mançester Yunayted”-ə azad agent qismində keçib. Bu mövsüm 36 yaşlı hücumçu İngiltərə Premyer liqasının yalnız 5 oyununda meydana çıxıb. İbrahimoviçin klubla müqaviləsi gələn yay başa çatacağdı.
Daha öncə jurnalistlər isveçli futbolçunun karyerasını amerikalı “Los Ancels Qeleksi” klubunda davam etdirəcəyi haqqında xəbər yaymışdılar.