5aea9ab0-2142-4d18-a882-35481035e733..jpg

İbrahimoviç “Milan”da dəyişikliklərə səbəb olacaq mühüm qərarlar verəcək

Baxış sayı: 505 dəfə baxılıb.

İbrahimoviç “Milan”da dəyişikliklərə səbəb olacaq mühüm qərarlar verəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Milan”ın keçmiş hücumçusu, hazırkı baş məsləhətçisi Zlatan İbrahimoviç
komandanın yeni baş məşqçisinin seçilməsində, eləcə də yay transfer
pəncərəsində futbolçuların alınmasında əsas rol oynayacaq.

Bundan əvvəl mətbuatda isveçlinin Antonio Konteni baş məşqçi postuna dəvət
etməkdə maraqlı olduğu barədə məlumatlar yayılmışdı. Milan rəhbərliyi isə
“Bolonya”nın baş məşqçisi Tyaqo Mottanı ən yaxşı namizəd hesab edir.

Qeyd edək ki, “Milan” 33 oyundan sonra 69 xalla “A” Seriyasında ikincidir.
Cədvəldə lider “İnter”dir (86).

Xatırladaq ki, 42 yaşlı İbrahimoviç bu yay karyerasını başa vuracağını
açıqlayıb. 1999-cu ildə başlayan peşəkar karyerası ərzində futbolçu “Malmö”,
“Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “PSJ”, “Mançester Yunayted”, “Los
Anceles Qalaksi” və “Milan”da çıxış edib. Bu müddət ərzində Zlatan 819 oyun
keçirib, 493 qol vurub və 201 məhsuldar ötürmə edib.

Mənbə: Milan News

Source link