İbrahimoviçin ABŞ klubuna gəlişi şirlə müqayisə olundu – VİDEO

İbrahimoviçin ABŞ klubuna gəlişi şirlə müqayisə olundu – VİDEO

Baxış sayı: 4. 243 dəfə baxılıb.

“Mançester Yunayted”dən ayrılan Zlatan İbrahimoviç “Los Anceles Qalaksi”yə transfer olunub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə ABŞ klubunun rəsmi saytı məlumat yayıb. Onunla iki illik müqavilə imzalanıb.

Klub saytı onun gəlişini şirin gəlişi ilə müqayisə edib. Özünü meydanda “aslan” adlandırdığı və kürəyində şir tatusunu əks etdirdiyi üçün Los Anceles klubunun belə etdiyi güman olunur.

Zlatan İbrahimoviçin yeni klubunda altı milyon avro qazanacağı iddia olunur.

Qeyd edək ki, Mançester klubu iki gün əvvəl ulduz futbolçu ilə müqavilənin qarşılıqlı şəkildə pozulduğunu açıqlayıb. İsveç millisinin sabiq hücumçusu Mançester klubu ilə İngiltərə Premyer Liqasında 33 oyuna 17 qol vurub.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com