“İbtidai insan” animasiya filmi Azərbaycan dublyajında - VİDEO

“İbtidai insan” animasiya filmi Azərbaycan dublyajında – VİDEO

Baxış sayı: 3. 274 dəfə baxılıb.

Premium kinoteatrlar şəbəkəsi “CinemaPlus”da 2018-ci ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş Böyük Britaniya və Fransa istehsalı olan “İbtidai insan” animasiya filminin nümayişi baş tutub. 

Dublyajın rejissoru Rövşən Məmmədli, səs rejissoru Azad Vəliyev, səs operatoru Xumar Quluzadə, tərcüməçi və redaktor Vüqar Hüseynov, baş prodüseri Cəfər Axundzadədir.

Filmi səsləndiriblər: Əlixan Rəcəbov, Elman Rəfiyev, Nəzakət Məmmədli, Səid Nizami, Vüsal Xaliqoğlu, Rövşən Məmmədli, Vüsal Mustafayev, Müşfiq Mirzəyev, Vüsalə Məmmədzadə və Xumar Quluzadə.

Ailəvi komediya animasiya filminin rejissoru Nick Parkdır.

Cizgi film haqqında qısa məlumat: Daş dövrü və daha gec sivilizasiyalar – hər halda vəhşi əcdadlar, lakin onlar necə də bizə oxşayırdılar. Onların da çoxlu qohumları var idi, kişilər isə sevdikləri qadına görə mübarizə aparırdılar. Onlar zinət əşyalarını sevirdilər, dəridən topla oynayırdılar və hər biri birinci olmaq istəyirdi…

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralarla sevindirməyə hazırdır.  

www.ÇıxışYolu.Com