İbtidai siniflər üçün əlavə yaz tətili başlayıb

İbtidai siniflər üçün əlavə yaz tətili başlayıb

Baxış sayı: 2. 522 dəfə baxılıb.

Mayın 1-dən Azərbaycanın ümumtəhsil məktəblərində ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili başlayıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, yaz tətili günləri 1-5 may tarixlərini əhatə edəcək.

Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil — 15 sentyabr-26 yanvar; ikinci yarımil — 1 fevral-14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: beş gün payız tətili (16-20 noyabr); beş gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün beş günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.

www.ÇıxışYolu.Com