faf2ee36-1106-4da9-8fbf-a72cde685bb6.jpg

İçərişəhərə və Əziz Əliyev küçəsinə giriş məhdudlaşdırıldı

Baxış sayı: 217 dəfə baxılıb.

Bu gündən etibarən Bakının İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə
kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkəti məhdudlaşdırılıb.

Cixisyolu.com xəbər verir ki, meydanda turist avtobusları üçün minib-düşmə
məntəqələrinin yaradılması məqsədilə, Əziz Əliyev küçəsi avtomobillərin
hərəkəti üçün bağlanıb.

Artıq ərazidə “giriş qadağandır” nişanı da quraşdırılıb.

İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin,
operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat
zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna
olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılıb. Sözügedən nəqliyyat
vasitələrinin İçərişəhərə girişinə Neftçilər prospektindən icazə veriləcək.

Ərazidə piyada zonası və mikromobillik zolaqlarının yaradılması planlaşdırılır.

Qeyd edək ki, Bakının küçə və prospektlərində, xüsusilə şəhərin mərkəzi
hissəsində nəqliyyat vasitələri və piyada axınının, eləcə də hərəkət sıxlığının
son illər dəfələrlə artması əhalinin mobilliyinə ciddi maneə yaradır və yol
hərəkəti iştirakçıları üçün təhlükə mənbəyinə çevrilir.

Source link