İçərişəhərdə marionet sənətinə həsr olunmuş “Dialoq” adlı beynəlxalq sərgi
açılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı Fotoqrafiya Evində “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsinin
tabeliyində fəaliyyət göstərən Bakı Marionet Teatrının 35 illik yubileyinə həsr
olunmuş “Dialoq” adlı beynəlxalq sərgi açılıb.
Bu barədə Cixisyolu.com-a “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat
verilib.
Bildirilib ki, keçirilən sərgidə məşhur gürcü rəssam, kukla ustası Baçana
Xalvaşinin marionet və foto işləri, eləcə də Bakı Marionet Teatrı tərəfindən
səhnələşdirilmiş “Leyli və Məcnun” tamaşasının marionetləri və dekorasiyaları
nümayiş olunur. Ümumilikdə Bakı Fotoqrafiya Evində 20 foto və 12 marionet
sərgilənir.
Sərgi 22 dekabr 2023-cü il tarixinədək Bakı Fotoqrafiya Evində ziyarətçilər
üçün açıq olacaq.