ce278819-a9b0-40fa-8fa1-d409ff4cc9b2..jpg

İçərişəhərdə “Qurama Art” sərgisi açılıb – FOTO

Baxış sayı: 538 dəfə baxılıb.

İçərişəhərdə “Qurama Art” sərgisi açılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İçərişəhərdə Bakı Fotoqrafiya Evində II Milli Qurama Festivalı çərçivəsində
“Qurama Art” sərgisi açılıb. Sərgidə milli qurama, tikmə sənətinin müasir
incəsənətə inteqrasiyası mövzusunu əks etdirən 17 rəssamın əsərləri nümayiş
olunur.

Bu barədə Cixisyolu.com-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən
məlumat verilib.

Bildirilib ki, milli tikmə növü olan qurama insan ruhunu xarakterizə edən və
rəngarəng formalara əsaslanan, təbiətdən ilhamlanan mozaika növlü yaradıcılıq
işi olaraq bütün dünyada maraqla qarşılanır.

“Qurama Art” sərgisində nümayiş olunan sənət əsərləri müasir rəngkarlıq,
heykəltəraşlıq, miniatür, xəttatlıq, kompüter qrafikası və rəqəmsal
texnologiyaların köməyi ilə hazırlanıb.

Sərgidə Vüqar Əli, Mehriban Şəmsəddinskaya, Vüsalə Ağarazıyeva, Məmməd
Rəşidov, Orxan Qarayev, Pərinisə Əsgərova, Aytən Abdullayeva, Günel Ravilova,
Rəna Tağıyeva, Elçin Yəhyazadə, Ceyhun Coşqun, Gül Bəktəmirov, Sadat Bəkirova,
Şəlalə Salamzadə, Ağaməli Əliyev, Tamira İbrahimova, Nərgiz Əsgərovanın
əsərləri nümayiş olunur.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunan
sərgi Bakı Fotoqrafiya Evində yanvarın 9-dək davam edəcək.

Source link