5ab1cb18-652b-48da-b4c0-4cad899fec8b..jpg

İcarəyə götürdükləri avtomobillə soyğunçuluq və bank kartlarından oğurluq edən şəxslər tutulub – VİDEO

Baxış sayı: 591 dəfə baxılıb.

İcarəyə götürdükləri avtomobillə soyğunçuluq və bank kartlarından oğurluq edən
şəxslər tutulub – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtda vətəndaşlardan birinin avtomobilindən bank kartları naməlum şəraitdə
oğurlanıb. Daha sonra isə oğurluq edən şəxs həmin kartlardan 1 110 manat
çıxararaq nağdlaşdırıb.

Daxili İşlər Nazirliyindən Cixisyolu.com-a verilən məlumata görə, Nizami Rayon Polis
İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə
əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Taleh Nəzərov
saxlanılıb. Onun üzərindən əlavə olaraq narkotik vasitə heroin də aşkarlanıb.
T.Nəzərov ifadəsində oğurladığı pulu şəxsi istifadəsi üçün aldığı narkotik
vasitələrə xərclədiyini bildirib.

Binəqədi rayonunda isə 800 manat dəyərində lotereya biletini açıq talama yolu
ilə ələ keçirən, əvvəllər məhkum olunmuş Emin Səmədli, qardaşı Elvin və
tanışları Anar Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılıblar. Bu
şəxslər “izi” itirmək məqsədilə qeyd edilən cinayəti törədən zaman hadisə
yerinə icarəyə götürdükləri avtomobillə gediblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Source link