8d5665c4-353c-48c3-8016-5c48965de903..jpg

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xərcləri artırıldı – FƏRMAN

Baxış sayı: 492 dəfə baxılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xərcləri artırıldı – FƏRMAN
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1949 nömrəli Fərmanında
dəyişiklik edilib.

President.az xəbər verir ki,
bununla bağlı Prezidentİlham Əliyev müvafiq fərmanı imzalayıb.

Fərmana əsasən, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi
şəxs üzrə xərclər 2 241 239 633 manatdan 2 301 959 633 manata artırılıb.

O cümlədən icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği 1 803 778 570
manatdan 1 873 778 570 manata dəyişdirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb
müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə
xərclər 1 653 778 570 manatdan 1 625 778 570 manata dəyişdirilib.

Eyni zamanda, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin
tabeliyində olmayan tibb müəssisələrindən tibbi xidmətlərin alışı üzrə sığorta
ödənişləri 150 000 000 manatdan 248 000 000 manata çatdırılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini və TƏBİB-in tabeliyindəki tibb
müəssisələrinin maddi-texniki bazasının və kadr təminatının maliyyələşdirilməsi
xərcləri 174 809 683 manatdan 165 529 683 manata dəyişdirilib.

Source link