İclasda polis iştirak etmədiyinə görə Azərbaycan klubu cərimələnib

Baxış sayı: 2. 942 dəfə baxılıb.

İclasda polis iştirak etmədiyinə görə Azərbaycan klubu cərimələnib

AFFA İntizam Komitəsi I divizionun “Zaqatala” – “Neftçi-2” matçında stadionda radio məlumat olmadığına görə bölgə klubunu cərimələyib.

ÇıxışYolu.Com xəbər verir ki, Zaqatala klubuna 160 manat cərimə verilib.

“Sabah-2” – “Qarabağ-2” matçı isə qonaq komanda üzündən beş dəqiqə gec başladığına görə Ağdam klubu 240 manat cərimələnib.

“Turan Tovuz” – “Səbail-2” matçında meydan sahibi klub xərcə düşüb. Belə ki, oyunöncəsi iclasda polis iştirak etmədiyinə görə “Turan Tovuz” klubu 80 manat cərimə olunub.

Səbuhi MUSAYEV