729bbc1a-132c-4231-af66-ac4f0d611bfa..jpg

İcma Alen Simonyanın Azərbaycanla bağlı açıqlamalarına cavab verib

Baxış sayı: 712 dəfə baxılıb.

İcma Alen Simonyanın Azərbaycanla bağlı açıqlamalarına cavab verib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərbi Azərbaycan İcması Ermənistan parlamentinin sədri Alen Simonyanın öz
ampluasına sadiq qalaraq Azərbaycanla bağlı növbəti dəfə diletant və gülünc
açıqlamalar verməsi ilə bağlı bəyanat verib.

İcmadan daxil olan bəyanatda deyilir: “Tutduğu vəzifənin məsuliyyətini, dediyi
sözlərin mahiyyətini dərk etməyən A.Simonyan heç cür başa düşə bilmir ki,
Azərbaycan Ermənistanı təkcə döyüş meydanında deyil, diplomatik müstəvidə də
darmadağın etmişdir. A.Simonyan kimilərinin ikinci Qarabağ müharibəsi zamanı və
ondan sonra çox belə boğazdan yuxarı sözlərinin şahidi olmuşuq.

Yalnız A.Simonyan təfəkküründə olan şəxs tez-tez parlamentin iclaslarında
deputatları təhqir edib, müxalifətçinin üzünə nümayişkəranə şəkildə tüpürüb
Ermənistanın “demokratik ölkə” olduğunu iddia edə bilər.

Source link