d6453334-70e1-4e0b-a098-3eb99690a650..jpg

İcma Avropa İttifaqının anti-Azərbaycan açıqlamalarına münasibət bildirib

Baxış sayı: 503 dəfə baxılıb.

İcma Avropa İttifaqının anti-Azərbaycan açıqlamalarına münasibət bildirib

Qərbi Azərbaycan İcması son günlər Avropa İttifaqının, xüsusən onun ali
nümayəndəsi Jozep Borrelin və Almaniyanın anti-Azərbaycan açıqlamaları ilə
bağlı bildirir ki, bu gedişlə Avropa İttifaqı özünü Fransanın vəziyyətinə
salaraq, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindən
tam kənarda qalacaq.

Bu barədə icmadan məlumat verilib.

“Xüsusən Jozep Borrelin istifadə etdiyi ifadələr və tonu tamamilə
qəbuledilməzdir. Son vaxtlar İspaniyanın Azərbaycana qarşı artan bəyanatları
xüsusunda İspaniyanın J.Borrelə, yoxsa J.Borrelin İspaniyaya təlimat verməsi
məsələsi sual doğurur.

Almaniya Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında alman nazirin
BMT Təhlükəsizlik Şurasında ingilis dilində etdiyi çıxışdan yerləşdirilmiş
hissədə “Laçın” sözünün ingilis deyil, fransız dilində yazılması isə
Almaniyanın acınacaqlı durumunu, özünün mövqeyinin olmadığını, məsələyə sırf
rəsmi Parisin prizmasından yanaşdığını bir daha aydın göstərir”, – deyə
məlumatda qeyd olunub.

Source link