81437df7-c22d-4449-aa15-77ae95e2c0d0..jpg

İcma: “Ermənistan qeyri-konstruktiv yanaşmadan əl çəkməlidir”

Baxış sayı: 543 dəfə baxılıb.

İcma: “Ermənistan qeyri-konstruktiv yanaşmadan əl çəkməlidir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan rəsmilərinin son günlər sülh müqaviləsinin imzalanması üçün “3
prinsipə riayət olunması”, “qoşunların sərhəddən geri çəkilməsi”, “beynəlxalq
qarant mexanizmi” barədə dedikləri fikirlər bu ölkənin sülh müqaviləsinin
imzalanmasında maraqlı olmadığını, müxtəlif süni maneələrlə prosesi yubatdığını
göstərir”.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

“Görünür, bunun səbəbi Fransa başda olmaqla xarici ölkələrdən alınan
silahların və Avropa İttifaqının bu ölkədəki missiyasının sayının
artırılmasının Ermənistana verdiyi güvəndir. Ermənistan sülh müqaviləsinin
imzalanması üçün şərtlər irəli sürmək kimi qeyri-konstruktiv yanaşmadan əl
çəkməlidir”, – bəyanatda vurğulanıb.

Source link