İcma: “Ermənistanın BMT Təhlükəsizlik Şurasından qətnamə umması riyakarlığın bariz nümunəsidir”

Baxış sayı: 439 dəfə baxılıb.

İcma: “Ermənistanın BMT Təhlükəsizlik Şurasından qətnamə umması riyakarlığın
bariz nümunəsidir”

“Ermənistanın BMT Təhlükəsizlik Şurasından qətnamə umması riyakarlığın bariz
nümunəsidir”.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada bildirilib.

İcma Ermənistanın “humanitar böhran” şousu altında BMT Təhlükəsizlik Şurasının
təcili iclasının çağırılması və Azərbaycana qarşı qətnamə qəbul edilməsinə
çalışması niyyəti ilə əlaqədar bildirib ki, 30 il ərzində Təhlükəsizlik
Şurasının məlum qətnamələrinə məhəl qoymayan, hətta onlara istinad edilməsinə
dözümsüz münasibət göstərən Ermənistanın indi Təhlükəsizlik Şurasından qətnamə
umması riyakarlığın bariz nümunəsidir:

“Ermənistanın beynəlxalq humanitar hüquq və insan hüquqları sahəsində görməli
olduğu iş öz ərazisindən qovduğu yüzminlərlə azərbaycanlının təhlükəsiz və
ləyaqətli şəkildə qayıdışına imkan yaratmaqdır.

Qərbi Azərbaycan İcması Ermənistanın bu hərəkətini onun Azərbaycanın
suverenliyini, ərazi bütövlüyünü təhdid etməsi, daxili işlərinə kobud
müdaxiləsi və 2022-ci ilin oktyabrında Praqa və Soçi, 2023-cü ilin iyulunda
Brüssel bəyanatlarında yer almış suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı
tanınması müddəasından geri çəkilməsi kimi qiymətləndirir və Ermənistanı
regionda vəziyyəti qəsdən gərginləşdirən əməllərə son qoymağa çağırır”.

Source link