241cadbd-5d9a-4f2c-9b47-fcb8d9610b51..jpg

İcma rəsmisi ATƏT-i Qərbi azərbaycanlıların geri qayıdışına dəstək verməyə çağırıb – FOTO

Baxış sayı: 635 dəfə baxılıb.

İcma rəsmisi ATƏT-i Qərbi azərbaycanlıların geri qayıdışına dəstək verməyə
çağırıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATƏT-in tədbirində Qərbi azərbaycanlıların geri qayıdışı ilə bağlı məsələ
qaldırılıb.

Bu barədə Qərbi Azərbaycan İcmasından bildirilib.

Qeyd olunub ki, icma insan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq qurumların
fəaliyyətində yaxından iştirak edərək, Ermənistandan qovulmuş azərbaycanlıların
sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətli şəkildə geri qayıtması hüququ
məsələsini qaldırır və ona beynəlxalq dəstəyin əldə edilməsi üçün səylər
göstərir. Sözügedən sahədə müvafiq mexanizmlərdən biri ATƏT-in Milli Azlıqlar
üzrə Ali Komissarlığıdır.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, Milli Məclisin
deputatı Ramil Həsən ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı institutunun
növbəti tədbirində iştirak edib.

Qurumun təsis edilməsinin 30 illiyi münasibətilə oktyabrın 24-də Niderlandın
paytaxtı Haaqa şəhərində ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani, Baş
katibi Helqa Şmid, Milli Azlıqlar üzrə Ali Komissarı Kayrat Abdraxmanov, BMT
Katibinin insan hüquqları üzrə köməkçisi İlze Brands Kehris və digər yüksək
səviyyəli xadimlərin iştirakı ilə keçirilmiş tədbirdə ATƏT məkanında milli
azlıqların hüquqlarının qorunması sahəsində vəziyyət, bu sahədə iştirakçı
dövlətlərin öz öhdəliklərini və ATƏT-in tövsiyələrini yerinə yetirməsi və milli
azlıqların hüquqlarının qorunması ilə sülh və təhlükəsizlik arasında əlaqə kimi
mövzularda müzakirələr aparılıb.

Müzakirələrdə iştirak edən Qərbi Azərbaycan İcmasının sədr müavini R.Həsən
Ermənistandan azərbaycanlıların qovulması barədə ətraflı məlumat verib,
Ermənistanın hərəkətlərinin beynəlxalq insan hüquqlarının digər aspektləri ilə
yanaşı, milli azlıqların hüquqları üzrə beynəlxalq normalara, o cümlədən,
ATƏT-in bu sahədəki müvafiq sənədlərinə zidd olduğunu vurğulayıb.

İcma özünün insan hüquqları gündəliyinin və qayıdış hüququnun beynəlxalq
səviyyədə təşviqi üçün ATƏT və digər beynəlxalq təşkilatların müvafiq
fəaliyyətlərində iştirakını davam etdirəcək.

Source link