36b2b53e-25be-4836-b961-b5c771ba99ba..jpg

İcma sədri: “Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması üçün UNESCO ilə əməkdaşlığı davam etdiririk”

Baxış sayı: 912 dəfə baxılıb.

İcma sədri: “Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması üçün UNESCO
ilə əməkdaşlığı davam etdiririk”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması üçün UNESCO ilə
əməkdaşlığı davam etdiririk”.

“Report”un xəbərinə görə, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli
“Qərbi Azərbaycana qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının
təqdimatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan İcması UNESCO-nun diqqətini indiki
Ermənistanın ərazisindəki Azərbaycan mədəni irsinin dağıdılmasına cəlb edir:

“Bu kitab bizi yeni fakt və sübutlarla silahlandırır. Bu il martın 27-də Qərbi
Azərbaycan İcmasının rəhbərliyi və Qərbi Azərbaycandan olan ziyalıların,
mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların bir qrupu UNESCO-ya
müraciət edərək indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi
dağıdılması faktlarına diqqəti çəkmiş və bu sahədə vəziyyətin
qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsini
xahiş etmişdi. Mayın sonlarında müraciətimiz BMT-nin rəsmi sənədi kimi yayıldı
və UNESCO-nun rəhbərliyi bizə rəsmi cavab vermək məcburiyyətində qaldı”.

Ə.Ələkbərli, həmçinin xatırladıb ki, bu il sentyabrın 5-də UNESCO-dan icmaya
ikinci rəsmi cavab gəlib:

“Məktubda mədəni irsin qorunması sahəsində müvafiq addımların atılacağı
bildirilib. Hazırda Qərbi Azərbaycan İcması Ermənistandakı Azərbaycan mədəni
irsinin qorunması ilə bağlı imkanlarının artırılması, o cümlədən müasir
metodologiya əsasında mədəni abidələrin reyestrinin aparılması, onların
vəziyyətinin qiymətləndirilməsi və bərpası üçün lazım olan addımların
müəyyənləşdirilməsi üçün UNESCO ilə praktiki əməkdaşlığı davam etdirir”.

Source link