İcma üzvü: “Biz azərbaycanlılarla ermənilərin dinc şəkildə yaşamasının
tərəfdarıyıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qərbi Azərbaycan İcmasının üzvü, Milli Məclisin deputatı Ramil Həsən
azərbaycanlılar və ermənilərin dinc şəkildə yaşamasının tərəfdarı olduqlarını
bildirib.
“Report” xəbər verir ki, o, bunu dekabrın 5-də Bakıda keçirilən “Ermənistandan
didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri
qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq
tədbirdə deyib.
Deputatın sözlərinə görə, Qərbi Azərbaycan İcması Ermənistanın ərazi
bütövlüyünə hörmətlə yanaşır:
“Etnik azərbaycanlıların geri qayıdışı Ermənistanın ərazi bütövlüyünə xələl
gətirmək xarakteri daşımır. Biz evlərimizin və ləyaqətimizin bərpa edilməsini
istəyirik. Bu məsələni beynəlxalq hüququn gücü və əməkdaşlıq həll edəcək. Biz
Ermənistanın bu missiyanı qəbul etməsini tələb edirik. Biz gələcəkdə
azərbaycanlıların və ermənilərin dinc şəkildə yaşamasının tərəfdarıyıq”.