4c2fba5b-1128-4cc1-97b7-0b08f3022466..jpg

İcma: “Ziddiyyətli açıqlamalar Ermənistanın iddia etdiyi sülh siyasəti ilə qətiyyən uyğun gəlmir”

Baxış sayı: 555 dəfə baxılıb.

İcma: “Ziddiyyətli açıqlamalar Ermənistanın iddia etdiyi sülh siyasəti ilə
qətiyyən uyğun gəlmir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistanın baş naziri Nikol Paşinyanın ordu günü münasibətilə çıxışında
ifadə etdiyi fikirlər bir daha onun ölkəsinin Azərbaycanla sülh müqaviləsi
imzalamaqda maraqlı olmadığını nümayiş etdirir”.

Bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bəyanatda bildirilir:

“Sülh istəyən ölkə, necə olur ki, milyardlarla dollarlıq silah sazişlərinin
imzalanması ilə öyünür? Nikol Paşinyanın “qoşunların güzgü prinsipi ilə geri
çəkilməsi” fikrini yenidən təkrarlaması, “hücum etməmək haqqında pakt”,
“silahlanmaya birgə nəzarət mexanizmi” kimi köhnəlmiş, utopik təkliflər
səsləndirməsi Ermənistanın əsassız bəhanələrlə sülh sazişindən qaçmağa
çalışdığını sübut edir. Ermənistanın baş naziri Birinci və İkinci Dünya
müharibələri arasındakı dövrü xatırladan “hücum etməmək haqqında pakt” kimi
əcaib təşəbbüs irəli sürmək əvəzinə, sülhün təmin olunması istiqamətində real
addımlar atmalı və bu xüsusda, Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır.

Ermənistan prezidenti və parlament sədrinin ordu günü münasibətilə
açıqlamalarında işğalçı Birinci Qarabağ müharibəsinə haqq qazandırmaq cəhdi,
İkinci Qarabağ müharibəsinin nəticələri ilə bağlı isə məyusluq elementləri yer
alır. Bu tip ziddiyyətli açıqlamalar Ermənistanın iddia etdiyi sülh siyasəti
ilə qətiyyən uyğun gəlmir və onlara son qoyulmalıdır.

Bundan əlavə, bir sıra qərb ölkələrinin Ermənistanın ordu günü münasibətilə
verdiyi bəyanatlar otuz ilə yaxın müddət ərzində qonşu dövlətin torpaqlarını
işğal altında saxlamış Ermənistanda revanşizmin həvəsləndirilməsinə xidmət edir
və həmin ölkələrin özlərinin sülh prosesində nə dərəcədə maraqlı olması barədə
suallar doğurur”.

Source link