İcra başçısı: Bayıl sakinləri evlərinə qayıtmaq istəyir

İcra başçısı: Bayıl sakinləri evlərinə qayıtmaq istəyir

Baxış sayı: 2. 854 dəfə baxılıb.

Bayıl sürüşmə sahəsinin sakinlərinin böyük hissəsi öz evlərinə geri dönmək istəyir.

ÇıxışYolu.Com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Bildirib ki, sürüşmə ilə bağlı görülən işlər davam etdirilir: 

“Sakinlərin evlərinə köçməsi ilə bağlı müraciətlərə baxılır. Evləri dağılan sakinlər hər gün yeni bir təkliflə bizə müraciət edirlər. Bu isə kompensasiyanın verilməsi məsələsini uzadır.

Hesab edirəm ki, çox qısa vaxtda problem həllini tapacaq. Problem ondan ibarətdir ki, ərazidə sürüşmə zəifləsə də, proses hələ dayanmayıb. Mütəxəssislər sakinlərin evlərinə qayıdıb yaşamasına icazə verməyimiz üçün rəy verməlidirlər”.

Qeyd ki, bir müddət öncə Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar olaraq Nazirlər Kabineti evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı sərəncam verib.

Sərəncama əsasən, 98 ailənin müvəqqəti olaraq kirayə evlərdə yerləşdirilməsi üçün vəsait ayrılıb.

.
www.ÇıxışYolu.Com