8e2e3008-061d-4917-b6e6-cca9048934a9.jpg

İcra başçısı ilə birgə həbs edilən sabiq baş həkim vaxtından əvvəl azadlığa buraxılıb

Baxış sayı: 298 dəfə baxılıb.

Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərovla

birgə həbs edilən rayon xəstəxanasının sabiq baş həkimi Məhəmməd Musayevin
vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətinə baxılıb.

“Report” xəbər verir ki, Xəzər Rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin
sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, Məhəmməd Musayevin cəza müddətinin 2/3 hissəsini çəkməsini
nəzərə alaraq qalan 1 il 4 ay cəzadan şərti olaraq azad edilib.

Qeyd edək ki, C.Cəfərov və digər eks-vəzifəlilər 2020-ci ilin avqustunda
korrupsiya cinayətləri ilə bağlı həbs olunublar.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, icra
başçısının birinci müavini Tacəddin Novruzov 8 il 6 ay, rayon Mərkəzi
Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi
Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil
Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il 3 ay müddətinə azadlıqdan məhrum
ediliblər.

Sonradan Şirvan Apellyasiya Məhkəməsi Ceyhun Cəfərovun cəzasını 6 ilə,
digərlərinkini 5 il 6 aya endirib.

Ali Məhkəmədə isə Ceyhun Cəfərovun cəzası 4 il 6 aya , Məhəmməd Musayevin
cəzası isə 4 il 4 aya endirilib.

Daha sonra sabiq icra başçısı Ceyhun Cəfərov məntəqə tipli cəzaçəkmə
müəssisəsinə köçürülüb.

Source link