3c54b803-9ecd-4286-bbef-528ed1865ebf..jpg

İcra başçısının qardaşının qətlinə görə tutulan oğulun istintaqı başa çatıb – FOTO

Baxış sayı: 643 dəfə baxılıb.

İcra başçısının qardaşının qətlinə görə tutulan oğulun istintaqı başa çatıb –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun
qətli ilə bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Lənkəran Ağır
Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Cəlil Nəbiyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası yanvarın 23-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il iyulun 26-da Kürdəmir rayonunun Pirəköcə kəndində
baş verib. 1975-ci il təvəllüdlü Azər Qaraşovun odlu silahdan açılan atəş
nəticəsində ölməsi ilə bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət
Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi
başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin olaraq hadisənin intihar olduğu bildirilirdi. Qaraşovlar ailəsi isə Azər
Qaraşovun ehtiyatsızlıq səbəbindən aldığı güllə yarasından vəfat etdiyini iddia
edirdi.

Daha sonra əməliyyat tədbirləri ilə Azər Qaraşovun oğlu Azay Qaraşov atasını
ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Azay Qaraşova qarşı Cinayət Məcələsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi
ilə ittiham irəli sürülüb.

Source link