Mingəçevir Şəhər İcra Hakimiyyətində ölüm hadisəsi baş verib.
ÇıxışYolu.Com-ın “Report”-a istinadən verdiyi xəbərə görə, idarənin kargüzarlıq işləri ilə məşğul olan 1956-ci il təvəllüdlü İntizar Məmmədovanın ürək tutmasından qəfil halı pisləşib.
Ətrafdakıların səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İntizar Məmmədova uzun illərdir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti Aparatında ümumi şöbə nəzdində, eyni zamanda icra hakiminin müavinləri yanında qəbul bölməsində fəaliyyət göstərirdi