b9ff0e1d-4291-4f9f-ae3a-5a99db232f8c.jpg

İctimai Birliyin sədri: “Ermənistan Azərbaycan əhalisinin sağlamlığını təhdid edir”

Baxış sayı: 186 dəfə baxılıb.

“Mədən sənayesi fəaliyyəti, yəni əlvan və qara metalların hasilatı torpağa,
yeraltı su ehtiyatlarına və havaya öz təsirini göstərir. Nəzərə alsaq ki,
Ermənistan bu fəaliyyəti 20-dən çox nöqtədə Azərbaycanla şərti sərhədə yaxın
ərazilərdə həyata keçirir, bu, artıq həmin ərazilərdə köçüb yaşayacaq keçmiş
məcburi köçkünlər, həmçinin Qazax, Tovuz və Ermənistanla həmsərhəd olan digər
ərazilərdə yaşayan sakinlərimizin sağlamlığını risk qarşısında qoyur”.

Bunu Cixisyolu.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında
İctimai Şuranın sədri, “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai
Birliyinin sədriAmin Məmmədov deyib.

“Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələrinin əsas
tələbi də ondan ibarətdir ki, Ermənistan bu fəaliyyəti Birləşmiş Millətlər
Təşkilatının (BMT) Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi
və istifadəsi haqqında Konvensiyası əsasında həyata keçirməlidir: “Çünki belə
olan halda, Ermənistan ətraf mühit tələblərini yerinə yetirib-yetirməyəcəyi
barədə hesabatı qonşu ölkələrə təqdim etməlidir. Təəssüf ki, bu günə qədər bu
istiqamətdə nə bir hesabat, nə də ki, məlumat təqdim edilib”.

Mütəxəssis Ermənistanın sözügedən Konvensiyaya qoşulmamasının səbəblərini belə
əsaslandırıb: “Əgər Ermənistan 27 il ərzində öz qonşusunun torpağını işğal
edib, hansısa bir qondarma tarixi iddialar irəli sürübsə, ətraf mühit
məsələsinə də belə yanaşması təəccüblü deyil. Amma artıq zaman dəyişib və
Azərbaycan güclü dövlət olduğunu sübut edib. Ona görə, Ermənistan da normal
qonşuluq münasibətində yaşamaq istəyirsə, qonşu ölkənin əhalisinin sağlamlığına
və ərazisinə hörmətlə yanaşmalıdır”.

Mərahim Nəsib

Source link