03c9eedd-72b3-4bbc-b7fe-352210d3ba94..jpg

İctimai nəqliyyatla bağlı problemlərin həlli üçün dövlət büdcəsindən maliyyə nəzərdə tutulub

Baxış sayı: 586 dəfə baxılıb.

İctimai nəqliyyatla bağlı problemlərin həlli üçün dövlət büdcəsindən maliyyə
nəzərdə tutulub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İctimai nəqliyyatla bağlı problemlərin həlli üçün dövlətin də yaxın dəstəyinə
ehtiyac olacaq”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və
nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavini bildirib ki, bu sahədə islahatlara ehtiyac var:

“Dövlət büdcəsində bunun üçün maliyyə nəzərdə tutulub. Əvvəlki dövrlərdə
sahibkarlar ictimai nəqliyyat vasitələrini idarəetmədə öz bizneslərini
yaradıblar”.

Nazir müavini elektron nəqliyyat qaiməsinin əhəmiyyətini diqqətə çatdırıb:

“Bu, ölkədə yükdaşımaların şəffaflaşmasına səbəb olacaq. Bunun tətbiqi
çətinliklər yaradır, ancaq müəyyən zaman ərzində bu sistemin tam təkmil şəkildə
tətbiqi ölkə iqtisadiyyatına müəyyən istiqamətlərdə təkan verəcək”.

Source link