1af1431e-d82e-491f-b644-f5d4c2e0f42b..jpg

İdarə rəisi ciddi nöqsanlara görə işdən çıxarıldı

Baxış sayı: 837 dəfə baxılıb.

İdarə rəisi ciddi nöqsanlara görə işdən çıxarıldı

Mədəniyyət Nazirliyinin Şəki Regional Mədəniyyət İdarəsinin rəisi işdən
çıxarılıb.

Mədəniyyət Nazirliyindən “Report”a bildirilib ki, bununla bağlı mədəniyyət
nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli əmr
imzalayıb.

Əmrə əsasən, Azər Yusubov işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu
vəzifəsindən azad edilib.

Digər əmrlə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynova işində
yol verdiyi ciddi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Source link