İddia: Kim Çen In Çinə gizlicə səfər edib – VİDEO

İddia: Kim Çen In Çinə gizlicə səfər edib – VİDEO

Baxış sayı: 3. 702 dəfə baxılıb.

Şimali Koreyanın yüksək vəzifəli hökumət nümayəndələrindən ibarət heyət və ya KXDR lideri Kim Çen In Çinə gizli səfər edib.

ÇıxışYolu.Com xəbər verir ki, belə bir iddia “Business İnsider” nəşrində dərc olunan məqalədə yer alır.

Məqalədə yazılana görə, Pekində Şimali Koreyadan gələn müəmmalı qatar gözə dəyib.

Həmin qatarla əlaqədar Çinin dəmiryolu reyslərinin qrafikində ciddi pozuntular meydana gəlib.  İddiaya görə, bu keçmiş KXDR lideri Kim Çen İrin Pekinə səfər etdiyi həmin zirehli qatardır.

Məlumatda qeyd olunur ki, həmin qatar Çinin paytaxtına gələn zaman,  şəhərdə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb. 

Bundan başqa dəmiryolu stansiyası yaxınlığında dövlət başçılarının daşındığı limuzindən və motosikletlərdə olan polislərdən ibarət kortecin hərəkəti müşahidə olunub.  

Şimali Koreya lideri Kim Çen Inın Pxenyana səfər etdiyini iddia edən həmin görüntü “Twitter”də yayılıb.

www.ÇıxışYolu.Com