İddiaçılar Turniri: Nicat Abasov Karuana ilə bərabərə qalıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turniri keçirilir.
“Report” xəbər verir ki, kişilərin yarışında 9-cu turda azərbaycanlı
qrosmeyster Nicat Abasov Fabiano Karuana (ABŞ) ilə bərabərə qalıb.
Abasov bundan öncə Yan Nepomnyaşi (iki dəfə), Hikaru Nakamura (ABŞ), Əlirza
Firuzca (Fransa) və Vidit Santoşla (Hindistan) heç-heçə edib, Fabiano Karuana
(ABŞ), Qukeş Dommaraj (Hindistan), Rameşbabu Praqnandaya (Hindistan) yenilib.
Turnirdəki vəziyyət: Nepomnyaşi, Qukeş – hərəyə 5,5 xal, Praqnananda – 5 xal,
Nakamura, Karuana, Vidit Santoş – 4 xal, Firuzca – 3,5 xal, Abasov – 3 xal.
Turnir iki dairədə keçirilir. Qalib dünya çempionu Dinq Lirenlə (Çin) şahmat
tacı uğrunda oynayacaq.