İdlibdə “böyük müharibə” gözlənilir – ŞƏRH

Baxış sayı: 2. 697 dəfə baxılıb.

Bu dəfə Rusiya Bəşər Əsəd ordusunun mövqelərinə kimyəvi silahdan istifadə etdiyi üçün zərbələr endirməyə hazırlaşan amerikalıları qabaqladı.

Bu fikirləri ÇıxışYolu.Com-a açıqlamasında azərbaycanlı politoloq Tofiq Abbasov deyib.

İdlibdə “böyük müharibə” gözlənilir – ŞƏRH

Onun sözlərinə görə, İdlibə zərbələr endirilməsi qaçılmaz olacaq.

“Terrorçuların sonuncu istinadgahı Rusiya, İran və şiə müxaliflərin iştirakı ilə Əsəd ordusu tərəfindən zərbələrə məruz qalacaq və Suriyanın vacib bölgəsi cihadçılardan təmizlənəcək. Hazırda İdlibdə müxtəlif qruplaşmalara məxsus 100 min silahlı var”, – müsahibimiz bildirib. 


Abbasov əlavə edib ki, zərbə endiriləcək qrupa “Ən-Nusra Cəbhəsi”nin 40 minə yaxın döyüşçüsü daxildir. 

“Onlar barışmazdır və sona qədər döyüşəcəklər. Bu bölgədə zəif müxalifət faktiki olaraq yoxdur. Onlar ya dağılıb, ya da təslim olublar”, – o deyib. 

Politoloq əlavə edib ki, indiyədək döyüşənlər kamikadzedilər.


“Gözləmək olar ki, yaxın vaxtlarda cihadçıların mövqelərinə hücum ediləcək. Hadisələrin necə olmasına baxmayaraq, Astana formatı faktiki olaraq köhnəlir və Türkiyə siyasi kursunu müttəfiqləri Rusiya və İrana uyğun davam etdirir”, – Abbasov əlavə edib. 

ABŞ-la bağlı danışan müsahibimiz qeyd edib ki, ABŞ istənilən vaxt Əsəd və müttəfiqlərinə qarşı hərbi gücdən istifadə edə bilər. 

“Hücumlar zamanı amerikalılarla Suriya müharibəsindəki rəqibləri arasında toqquşmalar istisna deyil. Əgər amerikalılar rusiyalıların yerləşdiyi deskalasiya zonasına zərbə endirsə, Rusiya bunu Vaşinqtonun çağırışı kimi qiymətləndirə bilər. Bir məsələ şübhəsizdir ki, İdlib və ətrafında yaxın vaxtlarda vəziyyət çox isti olacaq”, – Abbasov deyib.

Ə.Ş.
www.ÇıxışYolu.Com