İdman klublarının 2018-ci il üçün orta illik maaşları açıqlandı

Baxış sayı: 2. 248 dəfə baxılıb.

İdman klublarınının 2018-ci il üçün orta illik maaşları açıqlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, 349 klub arasında keçirilən statistikada ilk iki sırada futbol klubları qərarlaşıb.

Hər ikisi İspaniya La Liqasının təmsilçiləridir.

Belə ki, “Barselona” illik olaraq futbolçularına ortalama 13 755 714 dollar verir. Həftəlik orta əməkhaqqı isə 264 533 dollardır. II sırada Madridin “Real” klubu qərarlaşıb. III sırada isə ABŞ-ın “Oklahoma Siti Sander” basketbol klubudur. İlk “onluğ”u “Yuventus” və “Mançester Yunayted” klubları tamamlayır.

Futbol klubları arasında Münxen “Bayern”i XV, Madrid “Atletiko”su XVII, PSJ XVIII, “Mançester Siti” XX, “Çelsi” XXXV, “Liverpul” XXXVIII və “Arsenal” XXXIX pillədədir.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com