İdmançılar başına gələnləri anlatdı: Öz-özümə dedim ki, ölmədim bura da düşdüm

Baxış sayı: 4. 699 dəfə baxılıb.

2018-ci il bu gün başa çatır. Bu il idman aləmində maraqlı hadisələrlə zəngin oldu.

ÇıxışYolu.Com bu münasibətlə Azərbaycanın tanınmış idmançılarına iki sualla müraciət edib:

1. 2018-ci ildə başınıza gələn ən maraqlı hadisə hansı olub?

2. Şaxta Baba (Qar Qız) obrazına hansı idmançı daha uyğun gəlir?

Şaban Donat (yunan-Roma güləşi üzrə millinin baş məşqçisi): “Kaspiyskdəki Avropa çempionatında Murad Məmmədovun çəkiölçmə mərasimində 300 qram artığı vardı. Çəkisi 60 kq-dan artıq idi. Əgər belə olsaydı, o, yarışda iştirak edə bilməyəcəkdi. Məşqçilər heyəti olaraq başladıq onun çəkisini azaltmağa. Onu bilirəm ki, o çəkini aşağı salıncaya kimi özümüz 300 qram çəki itirdik. Sonda sağ olsun ki, əziyyətimizi yerə salmadı və Murad Avropa ikincisi oldu.

Şaxta Babaya gəlincə, düşünürəm ki, bu obraza bizim yığmanın üzvü Taleh Məmmədov çox yaraşır. Lakin o, “yeraz”dır. Ondan hədiyyə verən olmaz”.

İdmançılar başına gələnləri anlatdı: Öz-özümə dedim ki, ölmədim bura da düşdüm

Hacı Əliyev (sərbəst güləş üzrə Olimpiya mükafatçısı, üçqat dünya, ikiqat Avropa çempionu): “Gənclik” metrosu tərəfdə futbola görə tıxacın olan vaxtıdır. Mən də “Nərimanov”a getməliyəm. Dedim ki, maşınla yox, metro ilə gedim. Düşdüm metroya. Vaqonda adam adamın üstünə çıxır. Bu basabasda bilməyərəkdən ayağımı bir qızın ayağının üstünə qoymuşam. Birdən qız qayıtdı ki, neynirsən? Elə bildim ki, məni tanıyıb deyə bu sualı verir. Qayıdıb dedim ki, sağ ol, sən neynirsən? Sən demə, qız deyirmiş ki, bala, ayağını götür e, ayağımı sındırdın”.

İdmançılar başına gələnləri anlatdı: Öz-özümə dedim ki, ölmədim bura da düşdüm

Eduard Məmmədov (kikboksinq üzrə dünya və Avropa çempionu): “Yetirməm, “Ağ Canavar” ləqəbli Amin Quliyevin WAKO versiyası üzrə dünya çempionu olması mənim üçün ən yaddaqalan hadisə oldu. O, beş görüş keçirib qalib gəldi. Qalib gəldikləri idmançılar arasında erməni rəqibi də vardı. Kikboksinqdə bu il yeganə dünya çempionumuz o oldu… 

Məncə, Rafael Ağayevə Şaxta Baba obrazı çox yaraşar. Çünki o, uşaqlara hədiyyə almağı xoşlayır. Rafael həqiqətən də uşaqlara qarşı diqqətcildir, onlarla şəkil çəkdirir, onlara hədiyyə verir. Ona görə də əsl milli Şaxta Babaya o oxşayır”.

İdmançılar başına gələnləri anlatdı: Öz-özümə dedim ki, ölmədim bura da düşdüm

Rövşən Xəlilov (pauerliftinq üzrə dünya və Avropa çempionu): “Bu yaxında mənə dedilər ki, bir falçı var, hər şeyi düz deyir. Dedim ki, inanmıram, inanmaq da günahdır. Amma bu adam elə danışır ki, dedim, falın yalan olduğunu sübut etmək üçün onunla gedim. Nə isə, falçı elə şeylər söylədi ki, heç biri mənə aid deyil. Təsəvvür edin, mənə deyir ki, sənin başqa uşağın da var, ailən bilmir. Sonra deyir ki, sənin bacın var. Bir sözlə, həyatımda nə varsa, hamısının əksini söylədi. Yanımdakı adam bundan sonra mənə dedi ki, sən bununla mənim falçıya inamımı öldürdün və bir adamı bundan xilas etdin.

Şaxta Baba obrazında isə pauerliftinq üzrə dünya çempionumuz Ramil Əhmədovu görürəm. Onun ağ olmasa da, uzun qara saqqalı var”.

İdmançılar başına gələnləri anlatdı: Öz-özümə dedim ki, ölmədim bura da düşdüm

Eldəniz Əzizli (yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu): “Almaniyaya öz klubumda çıxış etməyə gedəndə məni miqrant bilib Frankfurt hava limanında tutmuşdular. Orda 4-5 saat həbsdə qaldım. İçəridə oturan vaxt öz-özümə dedim ki, ay Eldəniz, ölmədin bura da düşdün. Camaat məni güləşməyə göndərib, mən də burda içəridəyəm. Sonra klub rəhbərliyindən gəlib məni çıxartdırdı.

Şaxta Baba kimi isə elə baş məşqçimiz Şaban Donatı görürəm. Uşaqları yaxşı əyləndirər”.

İdmançılar başına gələnləri anlatdı: Öz-özümə dedim ki, ölmədim bura da düşdüm

Mariya Stadnik (güləş üzrə üçqat Olimpiya mükafatçısı, dünya və səkkizqat Avropa çempionu): “Bu il mənim üçün ən maraqlı hadisə iyunun 3-də otuz yaşımı ailəmlə, dost, tanışlarımla qeyd etməyim oldu. Mahnı oxuduq, yaxşı əyləndik, yaxşı gəzdik. İdman baxımından isə səkkizinci dəfə Avropanın ən güclü idmançısı seçilməyim maraqlı oldu. Buna inana bilmirdim.

Qar Qız obrazına karateçi İrina Zaretskaya uyğun gəlir. O, dünya çempionatında qazandığı qızıl medalla azərbaycanlı azarkeşləri sevindirdi”.

İdmançılar başına gələnləri anlatdı: Öz-özümə dedim ki, ölmədim bura da düşdüm

Rafael Ağayev (karate üzrə dünya və Avropa çempionu): “Açığı, bu il mənim karyeram vaxtı elə bir maraqlı bir hadisə baş verməyib. İdmançıların içərisində ən çox xətrini istədiyim uşaq Hacı Əliyevdir. Ürəyinə görə istərdim ki, Şaxta Baba o olsun. Çünki o, Şaxta Baba olsa, heç bir uşaq hədiyyəsiz qalmaz”.

İdmançılar başına gələnləri anlatdı: Öz-özümə dedim ki, ölmədim bura da düşdüm

Hidayət Orucov (cüdo üzrə dünya çempionatının mükafatçısı və Avropa çempionu): “Mənim üçün ən yadda qalan hadisə 2018-ci ildə Bakıdakı dünya çempionatında bürünc medal qazanmağım oldu. Cənab prezident İlham Əliyev və Rusiyanın prezidenti Vladimir Putinlə görüşməyim də əlamətdar hadisə oldu mənim üçün. Şaxta Baba qismində isə cüdoçumuz Elmar Qasımovu görürəm”.

İdmançılar başına gələnləri anlatdı: Öz-özümə dedim ki, ölmədim bura da düşdüm

Fəridə Əzizova (taekvondo üzrə dünya və Avropa çempionatının mükafatçısı): “2018-ci ildə başıma gələn ən gülməli hadisə yarış qabağı əlimin yenidən sınmasıdır. Düzdür, bir tərəfdən gülməli deyil. Amma iki il dalbadal eyni zamanda böyük yarışdan qabaq əlimin adi məşq prosesində qırılması adamda həm gülünc, həm də əsəb yaradır.

Qar Qız obrazına iki nəfərin adını çəkə bilərəm. İkisini də yaxından tanıyıram və onlara dərin hörmətim var. Biri taekvondoçumuz Patimat Abakarova, digəri isə karateçimiz İlahə Qasımovadır”.

İdmançılar başına gələnləri anlatdı: Öz-özümə dedim ki, ölmədim bura da düşdümSəbuhi MUSAYEV

www.ÇıxışYolu.Com