İdmançıların halı pisləşdiyi üçün Olimpiadada bəzi yarışların vaxtı erkən saata salındı

Baxış sayı: 1. 870 dəfə baxılıb.

İdmançıların halı pisləşdiyi üçün Olimpiadada bəzi yarışların vaxtı erkən saata salındı

2020-ci ildə keçiriləcək Tokio Olimpiadasında bəzi yarışların vaxtında dəyişiklik olunub.

ÇıxışYolu.Com xəbər verir ki, triatlon və atçılıq yarışları havanın temperaturuna görə daha erkən saatda keçiriləcək.

Bu barədə Olimpiadanın Təşkilat Komitəsinin rəhbəri Yoshirö Mori deyib. O qeyd edib ki, triatlonda kişi, qadın və qarışıq komanda yarışları bir saat erkən başlayacaq. 

Beləliklə, 27-28 iyulda keçiriləcək kişi və qadın triatlon yarışları yerli vaxtla 7:30-dan 6:30-a keçiriləcək. Avqustun 1-də baş tutacaq qarışıq komanda yarışlarının başlanma vaxtı isə 8:30-dan 7:30-a dəyişdiriləcək.

Atçılıqda isə vaxt dəyişikliyi kross-kauntri mərhələsinə aid ediləcək. Avqustun 2-də keçiriləcək bu yarış 7:30-8:00 aralığında başlayacaq. Əvvəl isə bu yarış 8:30-da başlayıb 11:55-də başa çatmalı idi. Bu dəyişikliklər Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasında təsdiq olunmalıdır.

Qeyd edək ki, bu ilin avqustunda Tokioda keçirilən test xarakterli triatlon yarışlarında temperaturun olduqca yüksək olması səbəbindən idmançıların halı pisləşib.

Səbuhi Musayev