İdmançını öldürən ata-balanın məhkəməsində mübahisə düşdü

İdmançını öldürən ata-balanın məhkəməsində mübahisə düşdü

Baxış sayı: 4. 603 dəfə baxılıb.

İdmançını öldürən ata-balanın məhkəməsində mübahisə düşdü

Sumqayıtda idmançının ölümünə səbəb olan ata-oğul Əhəd və Ramil İsmayılovların cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

ÇıxışYolu.Com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Bu zaman məhkəmə zalında Ə.İsmayılovun vəkili İkram Abdullayevlə zərərçəkmiş şəxsin qohumları arasında mübahisə düşüb. 

Mübahisəyə zərərçəkmiş şəxsin qohumlarının vəkilə etiraz etməsi səbəb olub. Məhkəmə iclası bu səbəbdən sabahadək təxirə salınıb. 

Qeyd edək ki, hadisə ötən il Sumqayıt şəhərinin 21-ci məhəlləsində baş verib. Ərazidə bir qrup gənc arasında kütləvi dava olub. Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər – 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Lakin bir neçə gün sonra Rasif Həbibov xəstəxanada dünyasını dəyişib.

Hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata-oğul Ramil və Əhəd İsmayılovlar saxlanılıb.

Məlumatda qeyd edilir ki, hadisədə iştirak edən şəxslər qonşu olublar. Hadisə söyüş üstündə baş verib.

Faktla bağlı Sumqayıt Prokurorluğundan Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Onu da qeyd edək ki, Rasif Həbibov idmançı olub.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com