İdxal edilən dərmanların gömrük dəyəri bahalaşıb

İdxal edilən dərmanların gömrük dəyəri bahalaşıb

Baxış sayı: 2. 340 dəfə baxılıb.

Cari ilin yanvar-fevral ayında 2 milyon 81 min ton əczaçılıq məhsulu idxal edilib. 

ÇıxışYolu.Com Gömrük Komitəsinə istinadən xəbər verir ki, əczaçılıq məhsullarının idxalı ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 349 min ton və ya 20,1% artıb.

Əczaçılıq məhsullarının idxalına sərf olunan xərclər yüksəlib. Ötən ilin yanvar-fevral ayları ərzində 1 milyon 732 min ton əczaçılıq məhsuluna 25 milyon 132 min dollar (42 milyon 724 min 400 manat) xərclənibsə, bu il 2 milyon 81 min ton məhsula 44 milyon 990 min dollar (76 milyon 483 min manat) sərf edilib.

Beləliklə, 20,1% idxal həcminin artımına qarşı 79% dəyər artımı baş verib. 

Qeyd edək ötən il əczaçılıq məhsullarının ümumi idxala nisbəti 2,59% idisə, hazırda bu faiz nisbəti 3,10% təşkil edir. 

.
www.ÇıxışYolu.Com