İdxal olunan qida məhsullarına nəzarət edən orqan dəyişdi

İdxal olunan qida məhsullarına nəzarət edən orqan dəyişdi

Baxış sayı: 2. 955 dəfə baxılıb.

İyulun 1-dən Azərbaycana idxal olunan bitki və və heyvan mənşəli qida məhsullarına nəzarət funksiyasını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, həmin məhsulların fitosanitar sertifikatları ilə təmin olunması da agentlik tərəfindən həyata keçiriləcək:

“İdxal edilən baytarlıq preparatlarının satışı və dövriyyəsinə isə Kənd Təsərrüfatı Nazirliyi nəzarət edəcək. Agentlik həmin preparatların keyfiyyətinə nəzarət edəcək. Yekunda həmin məhsulların istifadəyə yararlı olub-olmaması barədə qərar qəbul ediləcək”.

.
www.ÇıxışYolu.Com