Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu
sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hissein
Brahim Taha ilə rəsmi Bakının COP29-a sədrliyini müzakirə edib.
Cixisyolu.com xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin mətbuat xidməti
sosial şəbəkədə məlumat yayıb.
“BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Azərbaycanın xarici
işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hissein
Brahim Taha ilə görüşərək Azərbaycan-İƏT əməkdaşlıq gündəliyini müzakirə edib.
Görüşdə Azərbaycanın İƏT-in fəaliyyətində fəal iştirakı yüksək
qiymətləndirilib, bundan sonra da əməkdaşlığa hazır olduğu vurğulanıb. Ceyhun
Bayramov Azərbaycanın COP29-a sədrliyi, iqlimin maliyyələşdirilməsi
prioritetləri və bununla bağlı təşəbbüslər barədə də məlumat verib”, – mətbuat
xidməti diqqətə çatdırıb.
On the sidelines of #UNGA79
Foreign Affairs of the Republic of Azerbaijan@Bayramov_Jeyhun
Secretary-General of the Organization of Islamic Cooperation@OIC_OCI
discussed Azerbaijan-OIC cooperation agenda.
Azerbaijan’s… pic.twitter.com/el0aNNxRU7
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) September 28, 2024