c59be78d-8b3d-458d-a0f9-dd7c09d54468..jpg

İƏT nümayəndə heyətinin Ağdama səfəri başa çatıb – YENİLƏNİB + FOTO

Baxış sayı: 567 dəfə baxılıb.

İƏT nümayəndə heyətinin Ağdama səfəri başa çatıb – YENİLƏNİB + FOTO

İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT
MDİHK) nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam rayonuna səfərləri başa
çatıb.

“Report” xəbər verir ki, Ağdama səfərləri zamanı qonaqlar vandalizimə məruz
qalmış məzarlıqlar və şəhər Cümə məscidində olublar.

İƏT MDİHK nümayəndə heyəti Ağdam rayonuna səfərləri zamanı Qiyaslı
məzarlığında olublar.

Qonaqlara məlumat verilib ki, işğal dövründə qəbirlər vandalizmə məruz qalıb.
Məzar daşlarını isə söküb aparıblar.

Qonaqlar səfərlərinin davamında Ağdamın Qarağacı kənd məzarlığında da olublar.
Burada qonaqlara kəndin daimi erməni silahlılarının atəşi altında olması,
əsasən dinc sakinlərin və uşaqların hədəf seçilməsi barədə məlumat verilib.

Qeyd edilib ki, Qarağacı kənd məzarlığında işğal dönəmində minlərlə məzar
tamamilə dağıdılaraq məhv edilib.

İƏT MDİHK nümayəndə heyətinin üzvləri Ağdama səfərləri zamanı, Ağdam Şəhidlər
xiyabanında da olublar.

Qonaqlara bildirilib ki, burada Ağdamın işğalına qədərki dövrdə yüzlərlə
soydaşımız dəfn edilib. Məzarlıqda təkcə Ağdamın deyil digər rayonlardan,
erməni vəhşiliyinin qurbanı olan soydaşlarımız dəfn edilib. İşğaldan sonra isə
məzarlıq tamamilə dağıdılıb. Məzarlar açılaraq insanların sümük qalıqları yox
edilib. Məlumat zamanı qonaqlara oda bildirilib ki, Ağdam Şəhidlər xiyabanında
olan məzarlar yaxınları tərəfindən o zamana aid olan foto və videolardan
dəqiqləşdirilməklə bərpa edilib.

Qonaqlar səfərlərinin sonunda əsaslı təmir olunan Ağdam cümə məscidinə də baş
çəkiblər. Qonaqlara bildirilib ki, Ağdam cümə məscidi işğal dönəmində
ermənilərin vəhşiliyinə məruz qalan dini abidələrdən olub. Burada da digər
yerlərdə olduğu kimi, ermənilər donuz saxlayıb, məscidin divarlarını yararsız
hala salıblar. Azərbaycanın beynəlxalq qurumlara müraciətindən sonra Ağdam cümə
məscidi tamamilə məhv edilməkdən qurtarılıb. İƏT MDİHK nümayəndə heyətinin
üzvləri burada gördükləri faktlarla bağlı beynəlxalq nüfuzlu təşkilatlar
qarşısında öz hesabatlarında yer verəcəklərini bildiriblər.

18:38

İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT
MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti faktaraşdırıcı missiya
keçirmək məqsədilə Ağdama səfər edib.

“Report”un məlumatına görə, onlar Ağdamda dağıdılmış dini obyektlərin və
qəbiristanlıqların monitorinqini aparacaq, Azərbaycan dövləti tərəfindən həyata
keçirilən yenidənqurma işləri ilə tanış olacaqlar.

Nümayəndə heyətinin tərkibinə İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan
Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman (Nigeriya),
İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə), İƏD MDİHK üzvü Hilal bin
Said al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid
Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Javed Saqlain
(Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidou Kamara (Qvineya)
daxildir.

Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin,
azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində
araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş
azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat
hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.

Source link