“Daim dəyişən dünyada mədəniyyətlər bir-birinə yaxınlaşır. Halal biznes bir
çox istiqamətləri əhatə edir. Əsas mövzu insanlığı təbliğ etməkdir. Son altı
ildə halal biznes 47 faiz artıb. Bu, çox sürətlə artan sənayedir, üzv
dövlətlərimiz bu biznesi tanıyırlar. Bu sektor olduqca vacibdir. Yaşıl halal
konsepsiyası bir çox qlobal çağırışlara həll təklif edir. Bu konsepsiya
yüksəkkeyfiyyətli məhsullar istehsal etməyə, tullantıları azaltmağa sövq edir
ki, bu da ətraf mühiti qorumağa kömək edir”.
Cixisyolu.com xəbər verir ki, bu fikirləri Azərbaycanda ilk dəfə keçirilən Halal
Biznes və Turizm Forumunda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin
iqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavesa Sengendo deyib.
O bildirib ki, iqtisadi fəaliyyət həm halal, həm də dayanıqlı olmalıdır:
“Biz çalışmalıyıq ki, biznes imkanları yaradaq”.
Məhərrəm Əliyev