06171f20-75e6-45c5-9656-18cb02e78eba..jpg

İfası ilə sosial şəbəkəni fəth edən xanım: “Uşaq vaxtı piano almağa pulumuz yox idi” – VİDEOMÜSAHİBƏ + FOTO

Baxış sayı: 629 dəfə baxılıb.

İfası ilə sosial şəbəkəni fəth edən xanım: “Uşaq vaxtı piano almağa pulumuz
yox idi” – VİDEOMÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Ərəb Əmirliklərində musiqi alətləri mağazasında pianoda Azərbaycan
musiqisi ifa edən soydaşımızın videogörüntüləri sosial şəbəkə istifadəçilərinin
marağına səbəb olub.

Videonu izləyən hər kəs xanımın gözəl ifasına heyran olduğunu deyib. Çoxları
onun xaricdə yaşadığını zənn edib, Azərbaycan musiqisini təbliğ etdiyi üçün ona
çoxsaylı təşəkkürlər ünvanlayıblar.

Cixisyolu.com-ın əməkdaşı ifası ilə könülləri fəth edən pianoçu, konsertmeyster
Gülnarə Teymurzadə ilə əlaqə saxlayıb. İfaçı maraqlı görüntülərin necə ərsəyə
gəldiyi, harada yaşadığı və işlədiyi barədəCixisyolu.com-a müsahibəsində danışıb.
Onunla videomüsahibəni təqdim edirik:

– Gülnarə xanım, BƏƏ-yə qastrol səfəri idi, yoxsa istirahət üçün getmişdiniz?

– Xeyr, yaxın bir neçə insanla bərabər istirahət məqsədilə səfər etmişdim. Elə
mağazaları gəzərkən musiqi alətləri satılan yer gördük. Daxil olub pianolara
baxdıq.

– Bəs bu ifa necə yarandı, onlar təklif etdilər?

– Xeyr, heç düşünmürdüm ifa etməyi. Mağaza sahibi dedi ki, daha gözəl pianosu
var və bizim yanımızda onu qutusundan çıxardı. Yoldaşlar dedilər ki, piano
köklənməmiş ifa etmək olmaz. Təsadüfən piano heç istifadə edilməmiş olsa da,
köklənmiş idi. Barmaqlarım qeyri-ixtiyari bu parçanı ifa etdi. Mağaza sahibi,
oradan keçən turistlər musiqinin səsinə başımıza toplaşdılar.

Həmin vaxt yanımda olan tələbəm ifamı videoya çəkdi. Sosial şəbəkədə isə bir
başqa şəxs paylaşıb. Heç ağlıma da gəlməzdi ki, belə maraq doğurar. Hər kəsə
xoş sözlərinə görə təşəkkür edirəm.

– Musiqiyə özünüzün marağınız olub, yoxsa valideynləriniz yönləndiriblər?

– Atam tanınmış tarzən olub. Mən həmişə ona heyranlıqla baxmışam. Məktəbdən
evə gələndə onun tarda ifa etməsini gözləyirdim ki, saatlarla dinləyim. Mən
simli alətlərə də maraq göstərmişəm, xüsusilə də skripkaya. Lakin atam simli
alətlərdə ifa etməyin çox çətin olduğunu deyirdi və mənə pianoda çalmağı
öyrənməyi tövsiyə etdi.

Atam zəhmətkeş insan idi. Lakin bizim o vaxt piano almağa pulumuz yox idi. Bu
səbəbdən də mən musiqi təhsilimə bir qədər gec – 10 yaşımdan başladım. Ömür
boyu da atama minnətdar olacağam ki, o məni yorulmağa, yolu yarıda qoymağa
imkan vermədi.

Ətraflı videomüsahibədə:

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli


Source link