Bu gün keçiriləcək II Avropa Oyunlarının bağlanış mərasimində bayrağın növbəti Oyunların ev sahibi Polşanın Krakov şəhərinə ötürülmə mərasimi olmayacaq.
ÇıxışYolu.Com xəbər verir ki, bunu “Minsk 2019”un Əməliyyat Komitəsinin Mərasimlər və Mədəni Proqram üzrə İdarəsinin rəisi Sergey Xomiç keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, tədbir zamanı Oyunların bayrağı, sadəcə, endiriləcək. Xomiç bağlanış zamanı müasir Belarusun nümayiş etdiriləcəyini də əlavə edib.
Qeyd edək ki, bağlanış mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Səbuhi Musayev