9b4eacfd-d6b9-4f1c-8a33-086addb8f90e..jpg

II Liqa qalmaqalla başladı: “Sən hakimlik edərsən bir də…” – VİDEO

Baxış sayı: 489 dəfə baxılıb.

II Liqa qalmaqalla başladı: “Sən hakimlik edərsən bir də…” – VİDEO

Futbol üzrə Azərbaycan II Liqasının I turunda qalmaqal yaşanıb.

Cixisyolu.com xəbər verir ki, “Baku Sportinq” – “Şəfa” qarşılaşmasında qonaq
komandanın baş məşqçisi Tural Rzayev və oyunun hakimi Nicat İsmayıllı arasında
mübahisə yaranıb.

Hakimə etiraz edən çalışdırıcı sarı vərəqə ilə cəzalandırılıb. Bundan sonra o,
etirazlarına davam edincə hakim ikinci sarı vərəqə – “qırmızı” ilə onu texniki
zonadan uzaqlaşdırıb.

“Baxarıq, sən hakimlik edərsən bir də… Sənin yerin elə buradır”, – T.Rzayev
texniki zonanı tərk edərkən N.İsmayıllıya deyib.

Görüş “Baku Sportinq”in 4:2 hesablı qələbəsi ilə başa çatıb.


Source link