II Nikolay pullarını harada saxlayırdı?

Baxış sayı: 2. 868 dəfə baxılıb.

II Nikolay pullarını harada saxlayırdı?

Çar ailəsinin maliyyə məsələsi həm hökumət, həm də tarixçilər tərəfindən araşdırılıb.

ÇıxışYolu.Com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə tarix elmləri namizədi Aleksandr Bayramov bildirib.

Məlum olub ki, II Nikolayın aktivlərinin əsas hissəsi Rusiyada, əsasən, yerli sənayeyə yatırılmış qiymətli kağızlar qismində saxlanılıb. Amma ölkə sərhədindən də kənarda çarın pulları olub.

Britaniyanın “Bank of England” bankında II Nikolaya atasından qalan gizli hesab olub. Bu hesabda 1882-ci ildə 1.8 milyon funt sterlinq var idi. 1894-cü ildə II Nikolay pullarını Rusiyaya daşımağa başlayır. Bu, adətən, patriotizmlə izah edilir. Artıq 1900-cü ildə çarın İngiltərədə pulu yox idi.

Amma 1905-ci ildə inqilabdan təşvişə düşən imperator Almaniyanın bir neçə bankında övladlarının adına hesab açdırır. 1913-cü ildə müharibənin yaxınlaşmasından duyuq düşür və pulunu təxliyə etmək istəsə də, buna nail ola bilmir. 1917-ci ilin mart ayında Almaniyada 15 milyon rubl var idi.

1934-cü ildə isə Almaniya məhkəməsi II Nikolayın varislərini tanıyır və pullar onlara verir. Lakin 1920-ci illərin hiperinfilyasiyasının təsiri ilə milyonlar artıq 25 min funt sterlinqə çevrilmişdi. Sonuncu imperatorun bacılarından biri isə hətta bu “təhqiredici” mirasdan imtina etmişdi.