bad6aeee-a683-4dee-9f05-73a28040165b.jpg

III Çarlzın xəstəliyinə görə saray artıq hakimiyyət dəyişikliyinə hazırlaşır

Baxış sayı: 278 dəfə baxılıb.

Böyük Britaniya Kralı III Çarlzın səhhəti kral ailəsinin üzvləri və onların
yaxınlarında ciddi narahatlıq doğurur. Sarayda artıq mümkün hakimiyyət
dəyişikliyi və bu baş verənə qədər hansı addımların atılmalı olduğu fəal
şəkildə müzakirə olunur.

Cixisyolu.com-ın verdiyi məlumata görə, bu barədə “Daily Beast” nəşri xəbər verib.

Bildirilib ki, III Çarlzın monarxların əsrlər boyu davam edən xəstəliklərini
gizlətmək ənənəsini pozaraq öz xəstəliyi barədə açıq elan etməsi vəziyyətinin
ciddiliyindən xəbər verir.

“Kralın ölümünün müzakirəsinin ictimai maraq kəsb edən qanuni və praktiki
məsələ olması barədə tutarlı arqumentlər var”, – deyə məqalədə vurğulanıb.

Ekspertlər hesab edirlər ki, anası Kraliça II Elizabetin ölümündən sonra
2022-ci ilin sentyabrında taxta çıxan 74 yaşlı monarx artıq “finiş xəttinə”
yaxınlaşıb.

Xatırladaq ki, fevralın əvvəlində III Çarlzda onkoloji xəstəlik aşkar edildiyi
məlum olub və bununla əlaqədar həkimlər ona ictimai vəzifələrini təxirə salmağı
tövsiyə ediblər.

III Çarlzın vəfatı halında taxt-tac onun böyük oğlu – Şahzadə Uilyama keçəcək.
Bu hadisə Uilyamla kiçik qardaşı Şahzadə Harri arasında onsuz da gərgin olan
münasibətləri daha da pisləşdirə bilər, çünki Uilyamın taxta çıxmasından sonra
Harri kral ailəsi ilə barışmağa ümid edə bilməyəcək.

III Çarlzın səhhəti ilə bağlı narahatedici xəbərlər fonunda Şahzadə Uilyamın
həyat yoldaşı Uels Şahzadəsi Keyt Middltonun xərçəng müalicəsi kursunubaşa
vurduqdan

sonra öz vəzifələrinin icrasına qayıtdığı məlum olub.

Source link