İkardi Messiyə görə milliyə çağırılmayıb

İkardi Messiyə görə milliyə çağırılmayıb

Baxış sayı: 2. 698 dəfə baxılıb.

Milanın “İnter” klubunun hücumçusu Mauro İkardi Argentina millisinin 2018-ci il dünya çempionatı üçün elan edilmiş heyətə düşməyib.

ÇıxışYolu.Com “Lenta.ru”ya istinadən xəbər verir ki, buna İkardi ilə Lionel Messi arasında yaşanan münaqişə səbəb olub.

İkardi Messinin dostu Maksi Lopesin həyat yoldaşını “əlindən aldığına” görə Leo ona qarşı kin bəsləyir və baş məşqçiyə onu heç bir halda yığmaya çağırmamağı tapşırıb.

İkardi İtaliyanın A Seriyasının 2017/18 mövsümünün əsas bombardiridir. Ümumilikdə keçirdiyi 34 oyuna 29 qol vurub.

25 yaşlı argentinalı yığmada ötən ilin noyabrından çıxış edib. Millinin heyətində cəmi dörd oyunda meydana çıxıb.

Qeyd edək ki, Lionel Messi Argentina millisinin kapitanıdır. 2005-ci ildən bəri yığmada 123 matç keçirib və 61 dəfə fərqlənib.

.
www.ÇıxışYolu.Com