0a522a3b-2d34-4989-acbf-fe81c60d7008..jpg

İki əmioğluya da gəlin olan qız və sevgilisinin dəhşətli sonu – CİNAYƏT İŞİ + VİDEO

Baxış sayı: 495 dəfə baxılıb.

İki əmioğluya da gəlin olan qız və sevgilisinin dəhşətli sonu – CİNAYƏT İŞİ +
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda əmisi oğlunun həyat yoldaşını qaçırdıb, əmisi tərəfindən qətlə
yetirilən şəxsin cinayət işinin təfərrüatı məlum olub.

Belə ki, Fərid və Hicranın (Adlar şərtidir) sevgisi kənddə başlayıb. Hicran
Fəridin əmisinin gəlini idi.

Onlar xoşbəxt olmaq üçün Bakıya qaçmışdılar. Amma Fərid əmisi Bərxudarın
kabusunu görürdü.

Hicranla Fərid elə Bakıya gəldikləri gün şəhərətrafı qəsəbələrin birində
makler vasitəsilə kirayə ev tapıblar. Hicran ev işləri ilə məşğul olur, Fərid
isə ona gələn telefon zənglərinə baxıb, həyəcan keçirir.

Növbəti günün səhəri zənglər dayansa da, Hicran və Fərid kənddəki
valideynlərinin başına qorxulu nələrsə gəlməsi ehtimalı barədə söhbət edirlər.
Hicran anası ilə danışmaq istədiyini desə də, Fərid hələ ki gözləmək lazım
olduğunu deyir və elə bu vaxt sanki Bərxudarın kabusunun onlara baxdığı gözünə
görünür. Dərhal ayağa qalxır, Hicran da təşviş keçirir. Fərid həyətdə heç kimin
olmadığını görüb, özünü və onu sakitləşdirir.

Onların maddi vəziyyətləri də getdikcə pisləşirdi. Hicran Fəridə iş tapmaq
lazım olduğunu deyir, Fərid isə iş axtaracağına söz verirdi. Beləliklə,
Bərxudar onların arxasınca yaşadıqları qəsəbəyə qədər gəlib çıxır.

Mağazadan ərzaq alıb evə qayıdarkən Fərid və Hicranı görən Bərxudar onları
kirayə qaldıqları evin qarşısına qədər izləyir. Gələnin kim olduğunu düşünmədən
qapını açan Hicran qəfildən ona tərəf silah tuşlayan Bərxudarı görür. Bərxudar
Hicranın ağzını əli ilə bağlayaraq içəri aparır. Qonaq otağında divanda oturan
Fərid qəfil yerindən dik atılaraq qorxu içində nə edəcəyini bilmir.

Bərxudar səslərini çıxardıqları an onları öldürəcəyini deyir və hər ikisinə də
tapşırır ki, dərhal çölə çıxsınlar. Bərxudar silah gücünə Fərid və Hicranı özü
ilə avtomobilə oturdur və sürücüyə deyir ki, birbaşa kəndə sürsün. Daha sonra
Bərxudar avtomobili kəndə gedən yolun kənarındakı ərazidə saxlatdırır və
oradaca Fəridi qətlə yetirir.

Ətraflı Baku TV-nin süjetində:


Source link