İki ağac kəsdi, iki min manat cərimələndi

İki ağac kəsdi, iki min manat cərimələndi

Baxış sayı: 2. 203 dəfə baxılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə  Gədəbəy rayonu Arıqıran kəndi ərazisində ağac kəsintisi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

ETSN-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, araşdırma zamanı Gədəbəy rayonun Arıqıran bələdiyyəsinə məxsus torpaq sahəsində köküstə yaş iki ədəd gavalı ağacının kənd sakini Sahib Məmmədov tərəfindən kəsildiyi aşkar edilib və təbiətə 220 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı protokol tərtib olunub və qanun pozucusu İnzibati Xətalar Məcəlləsinə əsasən, iki min manat məbləğində cərimə edilib.

www.ÇıxışYolu.Com