Azərbaycanın futbol üzrə qadın millisinin iki futbolçusu Rusiya klubuna transfer olunub.
ÇıxışYolu.Com xəbər verir ki, bunu “Torpedo” qadın futbol klubunun baş məşqçisi Konstantin Kayqorodov verdiyi müsahibəsində bildirib:
“Bizə Azərbaycan millisinin iki oyunçusu – Vüsalə Hacıyeva və Arzu Əliyeva qoşulub. Onlar bizim komandaya kömək etməyə çalışacaq”.
Qeyd edək ki, hər iki futbolçu “Sumqayıt” klubu ilə ötən mövsüm Azərbaycan çempionu olub. Vüsalə Hacıyeva ötən mövsümün ən yaxşı futbolçusu adına sahib olub.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com