e983cf48-830b-48ad-abb2-092e31c05dea..jpg

İki boksçumuz Avropa çempionatında mərhələ adlayıb

Baxış sayı: 348 dəfə baxılıb.

İki boksçumuz Avropa çempionatında mərhələ adlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın iki boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa
çempionatında mərhələ adlayıb.

Federasiyadan verilən məlumata görə, Amin Məmmədzadə (54 kq) 1/8 finalda
Psarras Aristotelisi (Yunanıstan) 5:0 hesabı ilə məğlub edib.

O, aprelin 24-də baş tutacaq növbəti döyüşündə ilk mərhələdən azad olan
fransalı Bilal Bennama ilə üz-üzə gələcək.

Alfonso Dominqes (92 kq) də 1/4 finala yüksəlib. Dünya çempionumuz ilk
qarşılaşmasında mundialın bürünc medalçısı Viktor Şelstrat (Belçika) üzərində
4:3 hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə Yan Zakla (İsrail) gücünü
yoxlayacaq. Döyüş aprelin 22-nə təsadüf edəcək.

Qeyd edək ki, boksçularımızdan daha öncə Malik Həsənov (63,5 kq) da mərhələ
adlayıb.

Source link