İki dəfə narkotiklə bağlı ittiham olundu və hər dəfə bəraət aldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Satış məqsədi olmadan narkotik saxlamaqda ittiham olunan Tural Əzizovun
cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur
Nuriyevin sədrliyi keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, Tural Əzizovun
təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib.
Qeyd edək ki, Tural Həsən oğlu Əzizov Cinayət Məcəlləsinin 234.1-1-ci (satış
məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri
külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə
ittiham olunub.
Tural Əzizov keçən ilin may ayında Bakı Ağır Cinayətlər Məhkəməsində eyni
maddə ilə bəraət alıb. O, məhkəmə zalından azadlığa buraxılıb. Sonradan yenidən
narkotiklə bağlı saxlanılıb.